Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

►“Görək jurnalistin araşdırmalarını, öz imkanlarıyla əldə etdiyi informasiyaları yaymasına problem yaranacaq, yoxsa yox?”

Mayın 12-də “Kütləvi informasiya haqqında” Qanuna dəyişikliklər edilib. Dəyişikliklərə görə, cinayət işi materiallarına salınan hər hansı izahat, ifadə və ittiham aktının surətinin yayılması yasaqlanır.

Digər dəyişikliyə görə, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkənin şəxsiyyəti barədə hər hansı məlumatların onların nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.

Media hüquqlarının məhdudlaşdırılması demək deyil

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, bu, təqsirsizlik prezumpsiyasının qorunmasından ötrü atılmış addımdır. Medianın hüquqlarını ciddi məhdudlaşdırma kimi düşünülməməlidir:

“Zaman-zaman telekanallarda istintaq hərəkətləri, kimlərinsə kamera qarşısında etirafı olduğu kimi təqdim olunurdu. İndi mediaya bu formada təqdim olunma prosesi dayandırılmalıdır. Bu, hüququn tələbidir. İkinci məqama gəldikdə, bu günə qədər yalnız təqsirləndirilən şəxslərlə bağlı bu norma mövcud idi. Yetkinlik yaşına çatmayan şəxs kiminsə himayəsindəydisə, böyüklərin icazəsi olmadan onların şəxsyyəti haqqında informasiya verilə bilməzdi. İndi bura iki əlavə olub – bir zərərçəkən, bir də şübhəli şəxs qismində. Bunlar normadır. Bu iki dəyişiklik hüququn gərəyidir. Daha öncə cinayət işi materialları icazə ilə yayıla bilirdisə, indi artıq bu, heç bir halda yayılmayacaq. Bu da seçmə üsulu ilə kiminsə qəsdən deşifrə olunması və ya gözdən salınması, kiminsə gözdən salınmayıb gizlədilməsi məsələsinə ən azından bərabər yanaşma imkanı verir.Bu, tətbiq zamanı daha aydın ortaya çıxacaq. Görək jurnalistin araşdırmalarını, öz imkanlarıyla əldə etdiyi informasiyaları yaymasına problem yaranacaq, yoxsa yox? Düşünürəm ki, norma tətbiq olunduğu zaman onun nə qədər zərərli və faydalı olmasını görəcəyik. Amma prinsip etibarı ilə, medianın hüquqlarının elə də ciddi məhdudlaşdırılması kimi düşünə bilmərik”.

____________________________________________________________

Bunlara da bax:
Polisdə ölən gəncin atası: Oğlumu onlar öldürdü
Su bahalaşdı - Tarif Şurası

____________________________________________________________

“İnformasiya hüququ daralacaq”

Vəkil Yalçın İmanov deyir ki, bu dəyişikliklər istintaqın marağı baxımından vacib sayılsa da, cəmiyyətin informasiya almaq hüdudlarının daralmasına xidmət edir:

“Elə işlər var ki, cəmiyyətin diqqət mərkəzində olur, cəmiyyət daha çox bilgi istəyir. KİV əməkdaşlarının bu iş üzrə ittiham aktı, yaxud şübhəli şəxsin, təqsirləndirilən şəxsin, ya da şahidin ifadələrini yaymasının yasaqlanması informasiya almaq hüququnun daralmasına xidmət edir”.

Daha dəqiq ifadələrə ehtiyac var idi

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də dəyişikliklərdə məhdudlaşdırıcı norma görmür. Amma onun fikrincə, sui-istifadə hallarının qarşısının alınmasından ötrü daha dəqiq ifadə olunmalıydı:

“Tutaq ki, yüksək əhəmiyyətli bir məsələ var və bu məsələdə cinayətdə təqsirləndirmə konteksində kimin iştirak etməsinin açıqlanması xüsusi əhəmiyyət daşıyır. Məsələn, söhbət yüksək vəzifəli bir şəxsin kimliyindən, onun övladından gedir. Məhz bu hadisə həmin şəxsin ictimai vəzifələrini yerinə yetirməsinə təsir göstərə bilər. Belə hallar olur. Təsadüfi deyil ki, prezidentin keçirdiyi tədbirdə məşhur “qudurmusunuz” ifadəsi səslənmişdi. Fikrimcə, bu xüsusi halları o ümumi normanın altında gizlətmək cəhdinin qarşısını almaq üçün daha dəqiq ifadələrə ehtiyac var idi”.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

Günün bütün mövzuları

XS
SM
MD
LG