Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05

ABŞ mayın 3-də Polşanın şimalında hava hücumlarından müdafiə sisteminin təməlini qoyub.

Bu NATO-nun Avropadakı raket əleyhinə müdafiə sistemlərinin tərkib hissəsidir.

Vaşinqton deyir ki məqsəd NATO-nu Yaxın şərqdən gələ bilən orta mənzilli raketlərdən qorumaqdır.

Rusiya isə bunun ona qarşı yönəldiyini və bu sistemlərin regionda strateji balansı pozduğunu deyir.

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, bu sistemlər Moskvanı Rusiyaya olan təhlükələrə son qoyulmasına baxmağa məcbur edəcək.

Amma Putin qeyd edib ki, Moskva yeni silah yarışına girməyəcək.

Polşadakı yeni obyektin tikintisi 2018-ci ildə başa çatdırılmalıdır.

NATO mayın 12-də Rumınyada da yeni hava hücumlarından müdafiə obyektinin açılışını edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG