Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:04

Qəlpəli başını divara çırpan əlil...


Illüstrasiya
Illüstrasiya

►“Məmurlara, xəstəxanalara səslənirəm, müharibə əlilinə diqqət göstərin. Hələ müharibə bitməyib. Elə davranın ki, sabah səfərbərlik olanda adamlar müharibəyə ürəklə getsinlər, sizi qorusunlar”

Qarabağ əlili aldığı təqaüdü banklara kredit ödədiyini söyləyir. Deyir, müharibə əlili olması nə müalicəsilə məşğul olan həkimlərə, nə də devalvasiyadan sonra ona güzəştə getmək istəməyən bank işçilərinə maraqlı gəlmir.

Füzuli sakini Ehsan Cabbarov müharibə əlilidir. Qarabağ döyüşlərində iştirak edib. Binəqədi rayonu ərazisindəki “Fəhlə yataqxanası”nda yaşayır. Üç övladı var. Dolanışığından, təqaüdünün azlığından, dərmanların bahalığından, kreditlərdə "üzməyindən" danışır. Deyir, çarəsiz vəziyyətdədir.

Ehsan Cabbarovun başındakı qəlbə illərdir ki, ona rahatlıq vermir. İl ərzində bir neçə dəfə müalicə alır. Hər dəfə borc-xərclə başa gələn müalicədən sonra da başlayır banklardan kredit götürüb borcları qaytarmağa. Elə hazırda da aldığı 300 manatlıq təqaüdün çox hissəsini kreditlərə ödəyir:

“Müharibə əlili vəsiqəmi də göstərirəm, həkimlər gözünün ucu ilə də baxmır. 23 ildir yataqxanada yaşayıram. İki övladım da əlildir. Bir otağımız var. Üç əlil bir darısqal otaqda yatıb-durur. Əlilə şərait, hava lazımdır. Qafamın bir hissəsi yoxdur. Belə vəziyyətdə şəraitsiz yataqxanada necə qalmaq olar?"

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

“HAL-ƏHVAL TUTANIM DA YOXDUR”

Əlil deyir, ev, müalicə məsələlərinə görə etdiyi müraciətlər cavabsız qalıb:

"Qafa tasımın sol hissəsi yoxdur. Sinəmdəki yaranı isə Xocalı istiqamətində gedən döyüşlərdə almışam. Aldığım müavinətin yarısından çoxunu banka ödəyirəm. Bir dəfə qapımı döyən olmayıb ki, “ay bu millətə, bu torpağa görə özünü bədbəxt edən adam, ölmüsən, qalmısan? Bəlkə bir əl tutmaq lazımdır?” Heç quru hal-əhval tutanım da yoxdur”.

Əlilə təsir edən odur ki, müharibədə aldığı xəsarətlərin müalicəsinə dava-dərmanı bankdan kredit götürməklə alır. Bəzənsə:

“HƏLƏ MÜHARİBƏ BİTMƏYİB”

“Bəzən olur ki, pul tapa bilmirəm, kredit borcum da xirtdəkdən… Başımın ağrısından çığırıram, başımı divara çırpıram. Az qalıram özümü asım, canımı qurtarım. Ancaq intihar etməyə utanıram. Sizin vasitənizlə məmurlara, xəstəxanalara səslənirəm, müharibə əlilinə diqqət göstərin. Hələ müharibə bitməyib. Elə davranın ki, sabah səfərbərlik olanda adamlar müharibəyə ürəklə getsinlər, sizi qorusunlar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəfələrlə AzadlıqRadiosuna bildirib ki, müharibə əlillərinə dövlət qayğısı qənaətbəxşdir. Nazirlik bu kateqoriyadan olanlara vaxtaşırı avtomobil, mənzil verildiyini, sosial tələbatlarının imkan daxilində ödənildiyini deyir.

Ehsan Cabbarovun ümidi isə xeyirxah insanlaradır. O, uzun illərdir ki, başağrılarından qurtulmaqdan ötrü ölkədən kənarda köklü müalicə almaq istəyir. Bunun üçünsə yardıma ehtiyacı var.

Buna da bax: Əlil necə paraşütçü oldu?

Özünü yandırmış Qarabağ əlili vəfat etdi

Özünü yandırmış Qarabağ əlili vəfat etdi
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

XS
SM
MD
LG