Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:05

Türkiyənin Avropa Birliyi üzrə naziri Volkan Bozkır vizasız rejimlə bağlı Ankra ilə Avropa Birliyi arasındakı razılaşmanın taleyinə ümidsiz yanaşır.

O bunu mayın 13-də Brüsseldə jurnalistlərə Avropa Birliyinin genişlənmə üzrə komissarı Johannes Hahnla görüşdən sonra deyib.

Bozkır deyib ki, danışıqlar düyünə düşdüyündən Avropa Komissiyası məsələni həll etmək üçün yeni formula tapmalıdır.

Avropa Birliyi Türkiyədən terrorçuluqla mübarizə qanununun dayandırılması da daxil olmaqla azı 5 kriteriyanın yerinə yetirilməsini tələb edir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan isə bundan əvvəl Avropa Birliyini buna görə tənqid edib və bildirib ki, Ankara dönüb, öz yolu ilə gedə bilər.

Avropa liderləri Ankaranı antiterror qanunundan istifadə edərək jurnalistlər və fərqli düşünənlərin səsini boğmaqda gübahlandırır.

Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG