Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

-

Yanvar-aprel aylarında ötən ilin uyğun dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri 8 faiz artıb.

Bahalaşma mədənçıxarma sənayesində 7,4, emal sənayesində 8,6, elektrik enerjisi, qaz , buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 7,5 faiz olub.

Dövlət Statistika Komitəsinin məlumatında bilə deyilir.

Harada bahalaşma?

Apreldəki qiymətlərin mart ayı ilə müqayisəsində sənaye məhsullarının istehsalçı qiymətlərindəki artım 2,4, mədənçıxarma sənayesində 2,7, emal sənayesində 1,6 faiz göstərilir.

İstehsalçı qiymətlərinin xam neft və təbii qaz hasilatında 2,7, metal filizlərinin hasilatında 3,1 faiz bahalaşdığı bildirilir.

Ən yüksək bahalaşmanın metallurgiya sənayesində olduğu qeyd edilir.
Komitənin məlumatına görə, bu sahədəki bahalaşma 21 faiz olub. İstehsalçı qiymətlərinin poliqrafiya fəaliyyəti sahəsində 13,4, geyim istehsalında 5,3, kimya sənayesində 4,2 faiz bahalaşdığı bildirilir.​

Harada ucuzlaşma?

Komitə qeyd edir ki, istehsalçı qiymətlərində cüzi də olsa ucuzlaşan sahələr də var. İçki istehsalının 2,2, kağız, karton, elektrik avadanlıqlarının istehsalının 0,3, kompyuter, digər elektrik avadanlıqları, habelə maşın və avadanlıqların istehsalının isə 0,1 faiz ucuzlaşdığı deyilir.

Dövlət Statistika Komitəsinin bu günlər yaydığı başqa bir məlumatında isə bildirilirdi ki, 2016-cı ilin yanvar-aprel aylarında istehlak məhsulları və xidmətlər ötən ilin eyni dövrünə nisbətən 10.5 faiz bahalaşıb.

Hərçənd, müstəqil iqtisadçılar düşünür ki, bu sahədə azı 40-50 faiz bahalaşma gedib.

Ötən il ölkədə iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG