Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:11

Braziliya senatının əvvəlki prezident Dilma Rusefi hakimiyyətdən kənarlaşmasından sonra ölkədə yeni həkumət yaradılıb.

Yeni hökumətə vitse-prezident Mişel Temer başçılıq edir.

O nazirlərin sayını 32-dən 24-ə salıb.

Bu idarələrin birləşdirilməsi hesabına edilib.

Temer peşəkar siyasətçiləri yığıb.

Təyin edilmiş nazirlərin təxminən yarısı əvvəllər bu vəzifədə çalışanlardır.

Müvəqqəti prezident yeni kabineti “ Milli xilas hökuməti” adlandırıb: “ Braziliya xalqına demək istədiyim ilk söz inamdır. Hansı ki, xalqımızın xarakterini , demokratiyanı formalaşdırır. İqtisadiyyatımızın dirçəlməsi, onun potensilı, sosial və siyasi institutlarına inam”.

Dilma Rusefin istefası ölkə boyu onun tərəfdarlarının narazılığına səbəb olub.

San-Pauloda yüzlərlə adam küçələrə çıxıb. Onlar bunu çevriliş hesab edirlər:

“Bu çevrilişidir. İndi kapitalizmə silah və ya böyük ordu lazım deyil. Ona antidemokratik məhkəmə sistemi də bəsdir. Hər şey məhz buna görə baş verdi”, Viktor Reis adlı aksiyaçı deyir.

Prezident Dilma Rusef hakimiyyətdən 6 ay uzaqlaşıdırılıb.

Senatorlar bu müddət ərzində ona qarşı irəli sürülən korrupsiya ittihamlarını araşdıracaq.

Əgər deputatların 2/3-dən çoxu onun əleyhinə səs versə Rusef hakimiyyətdən gedəcək.

Mişel Tener isə 2018-ci ildə keçiriləcək seçkiyədək bu vəzifədə qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG