Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

Prezident Daniel Mitovu qəbul edib


Daniel Mitov

Daniel Mitov

►“Avropa Birliyi ilə uğurlu danışıqlara ümid edirik ”

President. az saytı xəbər verir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev mayın 13-də Bolqarıstanın xarici işlər naziri Daniel Mitovla görüşündə belə deyib.

Görüşdə prezident İlham Əliyevin iki ölkənin siyasi sahədə münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirdiyi qeyd olunur.

Saytın xəbərinə görə, İ. Əliyev həmçinin bildirib ki, Azərbaycanın Bolqarıstan ilə iqtisadi əməkdaşlığını genişləndirmək niyyətindədir.

Görüşdə prezidentin Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkür etdiyi də qeyd edilir. Azərbaycanın dövlət başçısının Avropa Birliyi ilə danışıqların uğurla davam etdiriləcəyinə ümidvar olduğunu söylədiyi bildirilir.

Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldığı deyilir.

Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir.

Ancaq ölkə rəsmilərison illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Müxalifət hakimiyyətin bu mövqeyini siyasi və iqtisadi islahatlardan qaçmaq kimi yozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG