Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

SOCAR-ın büdcə ödəmələri azalır

SOCAR-ın dövlət büdcəsinə ödəmələrində azalma müşahidə olunur. Şirkətin saytı xəbər verir ki, aprel ayında dövlət büdcəsinə 119 milyon 845 min manat vəsait ödənilib.

Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12 milyon 658 min manat və ya 9,55 faiz azdır.

SOCAR bu ilin yanvar-aprel aylarında büdcəyə ümumilikdə 444 milyon 975 min manat vəsait ödəyib. 2015-ci ilin ilk dörd ayı ilə müqayisədə azalma 27 milyon manatdan artıqdır.

SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna aylıq ödəmələrində isə artım qeydə alınıb. Apreldə fonda 13 milyon manat vəsait köçürülüb. Bu göstərici ötən ildəkindən 10 faiz çoxdur.Ancaq bu ilin 4 ayının gəstricilərinə görə isə fonda ödəmələr bütünlükdə azalıb.

Bu ilin yanvar-aprel aylarında DSMF-yə ödənişlərin cəmi 45 milyon manatdan çox olub. Bu 2015-ci ilin analoji dövrü ilə müqayisədə 3 faiz azdır.
Ekspertlər ödəmələrdəki azalmanı neftin qiymətinin düşməsi ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG