Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:18

-

Mayın 12-də qoşunların təmas xəttində atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Rahil Ərəblinin həlak olduğu bildirilir.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Mayın 8-də də Azərbaycan Müdafiə Nazirliyi bir hərbi qulluqçusunun cəbhədə həlak olması ilə bağlı məlumat yaymışdı. Ancaq nazirlik aprelin 2-dən bəri ümumilikdə nə qədər hərbçi itirdiyini açıqlamayıb.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG