Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

Cümə axşamı Stokholmda “Avroviziya-2016” nın ikinci yarımfinalı keçirilib.

Bukmekerlərin əsas favoritlərdən hesab etdiyi ukraynalı müğənni Camala Krım tatarlarının sürgünündən bəhs edən “1944” mahnısı ilə finala çıxıb.

Onun finalda da əsas rəqiblərdən biri olacağı gözlənilir.

Həmçinin Avstraliya təmsilçisi əsas favoritlərdən hesab olunur.

Həmçinin Latviya, Litva, Gürcüstan,Bolqarıstan, Polşa, Belçika, İsrail və Serbiya təmsilçiləri finala çıxıblar.

Qeyd edək ki, Azərbaycanı təmsil edən Səmra Rəhimli də bundan əvvəl keçirilən birinci mərhələdə finala yüksəlib.

Finalda ümumilikdə 26 ölkə iştirak edir.

Ötənilki qaliblə, bu müsabiqənin yaradıcıları olan 5 ölkə finala birbaşa, qalan 20 ölkə isə yarımfinal çıxışlarında bəlli olur.

Builki yarışın qalibi mayın 14-də bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG