Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:13

-

Rusiyada məcburən psixiatrik klinikaya yerləşdirilmiş müxalifət fəalı azadlığa buraxılıb.

Vəkil Sergei Loktev mayın 12-də AzadlıqRadiosuna deyib ki, Dmitry Vorobyevsky Voronejdəki klinikadan buraxılıb, belə ki, yerli məhkəmə həkimlərin xahişini rədd edib. Həkimlər fəalın klinikada saxlanmasını istəyirdilər.

Vorobyevsky mayın 6-da evindən zorla kilinikaya aparılıb. Polis qonşularının ondan şikayətçi düşdüyünü deyirdi.

Ancaq Loktev deyir ki, müdafiə etdiyi şəxs kimisə incidənə oxşamır.

Vorobyevsky Kreml əleyhinə yürüşlərdə fəal iştirak edib.

Sovet hakimiyyəti dövründə də narazıları psixiatrik klinikalara salırdılar.


Günün bütün mövzuları

XS
SM
MD
LG