Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:45

Milli Məclisdə cəbhə dinləmələri


Milli Məclis
Milli Məclis

-

Milli Məclisdə «Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri» adlı dinləmələr keçirildiyi bildirilir.

«Report»un xəbərinə görə, dinləmələrdə Milli Məclisin rəhbərliyi, deputatlar, Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Hərbi Prokurorluğun nümayəndələri və QHT təmsilçiləri iştirak edir.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

XS
SM
MD
LG