Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:03

Ö.F.Nemanzadə. Ey kasıb füqəranın alın təri ilə dövlətli olanlar


Ömər Faiq Nemanzadə

Ömər Faiq Nemanzadə

-

Ey ürəyində bir zərrə mərhəməti olanlar, ey insana dost və millətpərəst görünənlər! Məmləkətimizin, camaatımızın bir payı aclıqdan həlak olur.

Hərəmiz bir günlük tütün pulundan, iki saatlıq zövqdən, bir saatlıq qazancdan keçsək, həm ac qardaşlarımızı fəlakətdən, həm də özümüzü təhlükədən qurtarmış oluruq.

Ömər Faiq Nemanzadə

MİLLƏTPƏRƏSTLİK ZAMANIDIR

(ixtisarla)

Bakının Nemanzadə küçəsi

Bakının Nemanzadə küçəsi

Hamı deyir, camaatımız nadan və qafildir. Bəli, qafıldir. O qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini belə, qanmır. Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsəmlik ilə çox vaxt öz əli ilə özünü kəsir, canına qəsd edir də yenə xeyri olmur.

Xüsusən, camaat hüququnun mühafizəsinə çalışacaq bu zamanda özlərinin qanını əmib soran, özlərinin səfalətinə bais olan zalım hakimlərə, fitnəkar pişvalara, hürriyyət düşməni olan ağalara kömək edib zülm və istibdadın artmağına ən çox özləri səbəb olurlar da yenə fərqinə varmırlar.

Amma bununla belə deyə bilməm ki, camaatımız niyyət, qeyrət və namusi-milliyyədən bütün-bütün məhrumdur. Xeyr, xeyr, camaatımız elm və hünərsiz isə də fitri alicənablığını, qədim adəti olan füqərapərvərlik, zəifcəvazlıq və təəssübkeşlik xasiyyət və qüvvətini hələ itirməmişdir. Ancaq uzun müddət yatmaq səbəbilə o gözəl qüvvələr uyumuş, saxlanmış, paslanmışdır.

Bu müvəqqəti uyuşuqluğu, bu çirkin pası götürmək, silmək isə o qədər çətin deyildir. Qeyrətli müəllimlərimizin bir az millət dərdinə qalıb çalışmalarına, zəhmət çəkmələrinə bağlıdır. Bəli, bir o qədər ki, camaat gözünün qabağında beş-on fədakar millətpərvər bulunsun, camaata Allah rizası üçün rəhbər və hadi olsun, daha o yanası asan və müvəffəqiyyətbəxşdir.

Bəli, hər yerdə tək beş-on canıyananımız, millət dərdi çəkənimiz olsun, o vaxt görəcəyiz ki, türklüyün o qədim füqərapərvərliyi, o fıtri alicənablığı nə cür büruz edib, nə möcüzələr göstərir.

Bu barədə heç bir millət bizimlə müsabiqəyə girə bilməz. Bu həqiqət dəlilə möhtac deyildir, sanıram.

Amma bu gün nəyimiz var?

Füqəra camaatın pulu ilə, alın təri ilə dövlətlənən hansı bir bəyimiz, ağamız bir məktəb, iki dükan və ya beş arşın bez vəqf edib.

Hər tərəfə baxsan, müsəlmanlann içində fəqirlik, nadanlıq, bacanqsızlıq, məhkumluq son bir mərtəbəyə varıb. Hər yana baxsan, dövlətlilərimiz, bəylərimiz öz kef və mənfəətlərindən savayı heç bir şeyi fıkir etmirlər.

Qarabağ və Zəngəzur aclarının ahu fəryadları istər göylərə çıxsın, yetim, çılpaq balalann göz yaşlan istər çaylar təşkil etsin, sahibsiz, hamisiz qalan analann, bacılann irzi-namusları istərsə düşmənlərin təcavüzünə düçar olsun, heç kəsdə bir təəssübi- milliyyə, bir qeyrəti-diniyyə oyandırmır.

Deyəsən, İslam aləmi şiddətli bir soyuğa tutulub donub! Deyəsən, İslam aləmini bərk sehirləyiblər! Bəli, elə sehirləyiblər ki, məmləkətimizin, əzamızın biri və ya bir neçəsi kəsilib xarab olur, vücudi-millət zəifləyir də, yenə bizdə bir tərpəniş, bir oyanıqlıq görünmür.

Deyəsən, o kəsilənlər, o xarab olanlar bizdən deyil!..

Amma bunlarla belə, yenə deyirəm: millətimizin fıtri və xəlqi olan füqərapərvərlik xasiyyəti, xeyir və ehsanata olan meyli hənuz qeyb olmamışdır. Bəlkə bir az uyuşub paslanmışdır. Bəsdir ki, bu pası silib o cövhəri-safı, o insanpərvərlik xasiyyətini meydana çıxaracaq hər şəhərdə camaatın qabağında beş-on sahibi-həmiyyet, millət fədakarı olsun.

Ey kasıb füqəranın alın təri ilə dövlətli olanlar, ey millət səbəbilə mənsəb sahibi olanlar və nüfuz alanlar, bu millətə pişva və ağa olmaq istəyənlər, ey ürəklərində bir cüzi mərhəmət və insafı olanlar!

Zaman bu zamandır, zaman “insanlıq-müsəlmanlıq” zamanıdır, millət xadimi ilə hadimi bilinəcek zamandır, riyakar ilə xülusların, mərhəmətli ilə mərhəmətsizin, dindar ilə dinsizin, mələk ilə şeytanın bilinəcək zamanıdır. Belə bir zamanda vaxtı olub da ianədən qaçan, dildə yalançı təəssüflər ilə köməkçi görünənlər millətin ən şarlatan, ən əxlaqsız və ən mərhəmətsizidir. Lazımdır ki, hər kəs nəğd ianədə bulunsun.

Ey ürəyində bir zərrə mərhəməti olanlar, ey insana dost və millətpərəst görünənlər! Məmləkətimizin, camaatımızın bir payı aclıqdan həlak olur. Bunların bu ciyərsiz həlakı isə bizi daha dəhşətli, daha təhlükəli halətə sürür.

Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxarsa, yaxşı biliniz ki...

Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət ve namussuzluqla yad olunmaqdan savayı bütün məmləkətlərimiz, bütün həyatımız əbədi təhlükələrə düçar olacaqdır.

Halbuki bu bir aləm yetim balaların həyatını qurtarmaq, gələcəkdəki təhlükənin qabağını indidən saxlamaq o qədər çətin bir zad deyil.

Hərəmiz bir günlük tütün pulundan, iki saatlıq zövqdən, bir saatlıq qazanc və muzddan keçsək, həm ac qardaşlarımızı fəlakətdən, həm də özümüzü təhlükədən qurtarmış oluruq.

Qardaşlar! Həqiqi dindarıq, millətpərəstlik, yetmiş il ibadətin bir saat xeyir və ehsanat etməklik zamanı bu zamandır.

"İrşad" qazeti, 1906, N 282

"İrşad qəzeti" kitabından, Bakı 1983

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG