Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

-

Suriyada Hizballah qruplaşmasının komandiri öldürülüb. Bu, Livanın şiə yaraqlı qruplaşmasına böyük zərbə sayılır.

Qruplaşma Mustafa Badreddine-nin ölümünün detallarını açıqlamır. Ancaq qruplaşmaya yaxın sayılan, Beyrutda mənzillənən Al-Mayadeen TV bildirib ki, o, İsrailin hava zərbəsində qətlə yetirilib. İsrail bu barədə şərh verməyib.

Badreddine, Livanın keçmiş baş naziri Rafik Hariri-nin qətlinə görə qiyabi mühakimən olunan dörd nəfərdən biridir.

Hizballah mayın 13-də yaydığı bəyanatda bildirib ki, Badreddine “1982-ci ildən bəri islamçı müqavimət əməliyyatlarının çoxunda iştirak edib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG