Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18

-

Londonda ABŞ Dövlət katibi John Kerry ilə görüşmüş Avropa bankirləri İranla biznes qurmaq məsələsində hələ də planları olmadığını deyirlər.

Britaniyanın Standard Chartered bankı mayın 12-də, görüşdən sonra açıqlama yayaraq planlarının dəyişmədiyini bəyan edib. Bu bank daha öncə Fransanın BNP Paribas bankıyla birlikdə ABŞ-ın İrana sanksiyalarını pozduğuna görə milyardlarla dollar cərimə olunub.

“İranda yaşayan hər hansı şəxsi, yaxud oradan idarə olunan hər hansı müəssisəni müştəri kimi qəbul etməyəcəyik. Eləcə də, İranın daxil olduğu hər hansı sövdələşməyə getməyəcəyik”, bank bildirib.

Fransanın Societe Generale bankı da bildirib ki, “mövcud qeyri-müəyyənliklər” onun İranla kommersiya fəaliyyətini bərpasına mane olur. “Avropa və ABŞ sistemləri arasındakı fərqliliklər maliyyə institutlarına ciddi əməliyyat riskləri yaradır”, bank bildirir.

Deutsche Bank da deyib ki, İranla bağlı biznesə məhdudiyyət qoymaqda davam edəcək, çünki ABŞ və AB-nin bir sıra sanksiyaları yerində qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG