Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:23

Z.Marağayi. Danışan dilimiz, görən gözümüz, eşidən qulağımız yox


Üç meymun: Görmürəm, Eşitmirəm, Danışmıram

Üç meymun: Görmürəm, Eşitmirəm, Danışmıram

-

Tәәssüflәr olsun ki, bәdbәxtlik üzündәn biz bu nemәtlərin üçündәn dә mәhrumuq

Zeynalabdin Marağayi

“İbrahimbəyin səyahətnaməsi və təəssübkeşliyinin bəlası” əsərinin

ÖN SÖZü

Zeynalabdin Marağayi

Zeynalabdin Marağayi

İşıq zehinli bilik sahiblәrinә (mәnim sözüm dә onlaradır) mәlumdur ki, bu gün yer üzündә millәtlәrin tәrәqqisi, mәdәniyyәti, sәadәti vә xoşbәxtliyinin ilk sәbәblәrindәn biri mәtbuatdır.

Bәli, mәtbuat sahiblәri qәrәzsiz olub әyri yolla mәnfәәt әldә etmәkdәn çәkinsәlәr, özlәrini mәsxәrәbazlıq vә yaltaqlıqla lәkәlәmәyәrәk mәnliklәrini qorusalar, vәtәn mәhәbbәtini vә hәmvәtәnlәrinә sevgini öz şüarlarına çevirsәlәr, dövlәtә xidmәti qarşılarına mәqsәd qoyub, fikirlәrini hәmişә ölkәnin vә millәtin hәqiqi tәrәqqisi vә inkişafı yollarını axtarıb tapmağa yönәltsәlәr, özlәrinin heç bir mehriban dostunu yersiz tәriflәmәsәlәr, heç bir düşmәninә dә qәrәz üzündәn iftira söylәmәsәlәr, insanlıq şivәsinә zidd sayılan böhtanı böyük günah hesab etsәlәr, әlbәttә, onların sözlәri böyükdәn tutmuş kiçiyә qәdәr, hәr bir hәmvәtәnә tәsir göstәrib, işlәrimizdәki nöqsanların aradan qaldırılmasına sәbәb olacaqdır.

Xüsusilә tarixçilәr vә sәyahәtnamә yazanlar öz gözlәri ilә gördüklәri vә ya inanılmış adamlardan eşitdiklәrindәn başqa bir söz yazmamalı vә bu mәsәlәlәrә hәr şeydәn çox fikir verib diqqәt yetirmәlidirlәr.

Onlar vәtәnlәrindәki bütün nöqsanları, millәtin hәr hansı sinfinә vә mәmlәkәtin hәr hansı bir sahәsinә aid olmasından asılı olmayaraq, gördüklәri kimi yazırlar.

Bu gün hamıya aydındır ki, Qәrb millәtlәrinin tәrәqqisinin әsas sәbәbi o xoşbәxt ölkәlәrin mәtbuatının bәrәkәtindәndir. Onlar vәtәnlәrindәki bütün nöqsanları, millәtin hәr hansı sinfinә vә mәmlәkәtin hәr hansı bir sahәsinә aid olmasından asılı olmayaraq, gördüklәri kimi yazırlar.

Әgәr eşitmiş olsalar, doğruluğunu yoxlayıb tam arxayınlıq әldә etdikdәn sonra eşitdiklәrini heç bir şәxsi mülahizә vә qәrәzә yol vermәdәn mәtbuat sәhifәlәrindә әfkari-ümumin qarşısına çıxarıb, sәlahiyyәtli dairәlәri bu nöqsanları aradan qaldırmağa çağırırlar.

Mәsul mәqamlar da mәtbuatın xәbәrdarlığını eşidәn kimi bircә dәqiqәni belә, fövtә vermәdәn әvvәlcә o mәtlәbin doğruluğunu yoxlayır, sonra nöqsanı islah etmәk vasitәlәrini tәşkil etmәklә bәrabәr onu yazıb göstәrәnә tәşәkkürünü bildirir, әgәr bir yanlışlıq baş vermiş olsa, bunu xoş dillә qeyd edәrәk mәtbuatın sәhvini düzәltmәyә çalışırlar.

Belәliklә demәk olar ki, o ölkәlәrin xoşbәxt әhalisinin hәm danışan dili, hәm görәn gözü, hәm dә eşidәn qulağı var. Tәәssüflәr olsun ki, bәdbәxtlik üzündәn biz bu nemәtlərin üçündәn dә mәhrumuq.

Bu müqәddimәni söylәmәkdәn mәqsәdimiz odur ki, hәr cür qәrәz vә mübaliğә lәkәsindәn tәmiz olan vә әziz vәtәnimizin bir sıra nöqsanlarından danışan bu sәyahәtnamәnin üzü bir yerdәn bizim әlimizә düşdü.

Qəzet

Qəzet

Vәtәnpәrvәrlik alәmindә rәva görmәdik ki, bu xәzinә torpaq altında qalsın. Buna görә dә mәhz vәtәn mәhәbbәtini vә hәmvәtәnlәri nәzәrә alaraq, bu әsәrin çap olunması vә nәşrinin xәrcini öz üzәrimizә götürdük.

Bunu da yәqin bilirik ki, bilikli vә insaflı hәmvәtәnlәrimizdәn heç birisi onun bir kәlmәsinin belә, üstünә barmaq qoyub etiraz etmәyәcәkdir. Çünki qeyrәtli sәyyahımızın görüb, öz sәyahәtnamәsindә qeyd etdiklәrinә hәr kәs azca diqqәt yetirәrsә, vәtәnimizin o yerlәrindә bu hadisәlәrin hәr gün vә hәr saat artıq-әskiksiz şahidi ola bilәr.

Demәli, burada heç bir qәrәz-mәrәz ola bilmәz. Bu, yalnız onun üçündür ki, hәrgah vәtәnimizin başçıları bu sәyahәtnamәdә yazılanlara insaf gözü ilә baxıb, әcnәbilәrin nәzәrindә dövlәt vә millәtin başıaşağılığına, xarlığına vә xәcalәtinә sәbәb olan bu nöqsanları aradan qaldırmaq üçün mәrdliklә ayağa qalxsınlar.

Bәlkә belәliklә, axıb getmiş olan su bir daha arxa qayıda, ölkəmiz abad ola, millətimiz keçmişdә olduğu kimi, öz tay-tuşları arasında başıuca olalar. Belә etsәlәr, onlar öz adlarını da әbәdilәşdirmiş olarlar. Çünki bu kimi fәdakarlıqdan sonra millәtin tarixi onların adını heç vaxt unutmaz.

Z.Marağayinin əsərləri. Bakı, "Elm" nəşriyyatı, 1982

Günün bütün mövzuları

XS
SM
MD
LG