Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45

Avropa çempionatında qrup oyunları bitdi


Çempionat
Çempionat

-

Bakıda keçirilən 17 yaşlılardan ibarət futbolçuların Avropa çempionatında 1/4 finala çıxan bütün komandalar məlumdur.

C qrupundakı son oyunlardan sonra artıq pley-off mərhələsindəki cütlüklər də müəyyənləşib.

Bunlar Portuqaliya, Avstriya, Almaniya, Belçika, İsveç, Hollandiya, İspaniya , İngiltərə komandalarıdır.

Bu mərhələnin oyunları 14 və 15 may tarixlərində keçiriləcək.

14 mayda Portuqaliya-Avstriya, Almaniya-Belçika, bir gün sonra isə İsveç-Hollandiya, İspaniya-İngiltərə görüşləri keçiriləcək.

Mayın 5-də Bakıda 17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatının final mərhələsi başlayıb.

Yarışlarda 16 komanda iştirak edirdi. Çempionata Portuqaliya komandasına 0:5 hesablı məğlubiyyətlə başlayan Azərbaycan komandası qrup mərhələsini adlaya bilməyib. Qrupdakı digər iki oyunda Azərbaycan Şotlandiyanı 1-0 hesabı ilə məğlub etsə də, Belçika komandası ilə isə xalları bölüşdürmüşdü. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Azərbaycan qrupda 4 xal toplamışdı.

Final qarşılaşması mayın 21-də keçiriləcək.

XS
SM
MD
LG