Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36

-

ABŞ-ın “Rumpus” ədəbiyyat dərgisinin maraqlı bir layihəsi var. “Uşaqlara məktublar”. Onlar oxuma və yazma sevgisi oyatmaqdan ötrü məşhur yazıçılara uşaqlar üçün məktublar yazdırırlar.

2012-ci ildən etibarən həmin məktubları dünyanın bir çox ölkələrində yaşayan 6-12 yaşlı uşaqlara, kitabxana və məktəblərə göndərirlər.

Abunə olanlar ayda iki dəfə məktub alırlar. Məktubları Lemony Snicket/Daniel Handler, Adam Rex, Kerry Madden, Natalie Standiford, Susan Patron, Rebecca Stead, Cecil Castellucci, Dan Gutman və başqa müasir amerikalı yazıçılar yazırlar.

Məktub

Məktub

Hər bir məktub unikaldır və başqasından fərqlidir. Bəziləri əllə yazılır, bəziləri çap hərflərilə. Bəzilərinə illüstrasiyalar, fotolar da əlavə olunur. Çoxu rəngli, bəziləri ağ-qaradır. Məktublar imzalanır, skanerdən keçirilir, çap olunur və dünya uşaqlarına göndərilir.

Məktubda ünvan da olur ki, cavab yazmaq istəsən, yaza biləsən. Yazıçılar şəxsən bu məktublara cavab verirlər. Amma elanda deyilir k, bu, mütləq deyil, cavab yazmağa məcbur deyillər, çünki: "Biz bu yazıçıları kontrol edə bilmirik, bəziləri meşədə yaşayır."

Layihədə deyilir ki, niyə daha yuxarı yaşlı uşaqlar üçün belə proqram olmadığını soruşa bilərsiniz, bu suala biz yalnız Dave Eggers-in sözlərilə cavab verə bilərik: “Külək heç nə bilmir, onu sualların ətrafında əsdirmə”.

Günün bütün mövzuları

XS
SM
MD
LG