Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24

-

Azərbaycanda Dağıstan Mədəniyyəti Günləri keçirilir. Tədbirin məqsədinin Azərbaycan ilə Rusiya arasında mədəni əməkdaşlığı inkişaf etdirmək və dağıstanlıların zəngin mədəniyyəti ilə tanışlıq olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, mayın 12-də Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib.

Sarayın foyesində Dağıstan xalqlarının dekorativ-tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilib. Ekspozisiyaya milli geyimlər, silahlar, zərgərlik məmulatları və xalçalar daxil edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycanda Dağıstan Mədəniyyəti Günlərinin keçirilməsi mühüm mədəni hadisədir: «Biz ortaq tarixi yol qət etmişik. Mən Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə prezident İlham Əliyevin və prezident Vladimir Putin-in töhfələrini xüsusilə qeyd etmək istəyirəm. Ölkəmiz Rusiya Federasiyasının 70 subyekti ilə iqtisadi və 30 subyekti ilə mədəni əlaqələr qurub. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ötən il 2 milyard dollar təşkil edib».

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səmimi qəbula görə və dostluq münasibətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

R.Abdulatipov deyib ki Azərbaycanla Dağıstan din, mədəniyyət və tarix baxımından qardaşdır.

Sonra tamaşaçılara proqramın bədii hissəsi təqdim edilib.

Tədbirdə «Ləzginka» Dövlət Akademik Rəqs Ansamblı, «Dağıstan» Dövlət Mahnı və Rəqs Ansamblı, «Xasavyurt» Uşaq-Gənclər Rəqs Ansamblı çıxış ediblər.

Dağıstan Mədəniyyəti Günləri bu gün başa çatacaq. Bu gün nümayəndə heyəti Xaçmaz və Qusar rayonlarında olacaq.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov dünən prezident İlham Əliyevin də qəbulunda olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG