Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

Azərbaycan-İran biznes forumu olacaq


İran və Azərbaycan prezidentləri, Tehran, fevral, 2016

İran və Azərbaycan prezidentləri, Tehran, fevral, 2016

-

İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Bakıya gəlir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, mayın 17-dək davam edəcək səfər çərçivəsində Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən iş adamlarının iştirakı ilə birgə biznes forum keçiriləcək.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan İrandan ümumilikdə 16,3 milyon dollarhəcmində kənd təsərrüfatı malları idxal edib. Azərbaycandan İrana kənd təsərrüfatı mallarının ixracınınisə bundan qat-qat az olduğu bildirilir.

Ölkənin cənub rayonlarında yaşayan bir çox insanlar bazarlığa əsasən İrana gedirlər. Onlar bunu səbəbləri ilə bağlı Azadlıq Radiosuna danışarkən deyiblər ki, İranda ərzaq malları Azərbaycanla müqayisədə az qala yarıbayarı ucuzdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG