Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:53

-

Ölkədəki özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək.

Ölkə başçısı mayın 12-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama görə, prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılacaq. Həmin vəsaitdən özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi nəzərdə tutulur.

Ölkə başçısı sərəncamın icrası ilə bağlı Maliyyə Nazirliyinə tapşırıqlar verib.

Prezident əvvəllər də Milli Teleradio Şurası vasitəsilə müxtəlif təyinatlarla teleradio yayımçılarına yardım edilməsi ilə bağlı sərəncamlar verib.

Yayımçılara verilən vəsaitlərin xərclənməsinin effektivliyi daim mübahisəli olub. Ekspertlər bundansa əlverişli teleradio mühitinin yaradılmasına yönəlik addımların atılmasını daha doğru hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG