Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:49

-

90 saylı Ağdaş seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərinə qatılmaq istəyən REAL hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədova məhkəmə də “yox” deyib.

Bakı Apellyasiya Məhkəməsi mayın 12-də Mərkəzi Seçki Komissiyasının İlqar Məmmədovun seçkiyə buraxılmaması ilə bağlı qərarından verilən şikayətə baxıb.

Bu haqda REAL Hərəkatinin icra katibi Natiq Cəfərli bilgi verib.

Onun bildirdiyinə görə, məhkəmə şikayəti əsaslı hesab etmədiyindən təmin etməyib.

Məhbus siyasətçinin müdafiəçiləri onun seçki hüququ ilə bağlı işini mümkün hüquqi müdafiə vasitələri çərçivəsində davam etdirəcəklər.

Həbsdə olan İlqar Məmmədov 90 saylı Ağdaş seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərinə qatılmaq məqsədi ilə müraciət etmişdi. Onun nümayəndələrinə əvvəlcə, imza vərəqələri verilsə də, sonradan bu proses dayandırılmışdı.

Mərkəzi Seçki Komissiyasından bildirdilər ki, artıq İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib.

MSK-da media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bu mövqeyi belə əsaslandırmışdı: «Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib».

İlqar Məmmədov da, namizədliyinin ilkin qeydiyyatının ləğvinin qanunsuz hesab olunması, həmin qərarın ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilər iyunun 18-də keçiriləcək.

2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunAN İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG