Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

Türkiyə prezidenti Racep Tayyip Erdogan bir daha Avropa Birliyini Türkiyəyə qarşı viza rejiminin qaldırılması ilə bağlı razılaşmanı əngəlləməkdə ittiham edib və xəbərdarlıq edib ki, Ankara bu sazişdən çıxa bilər.

O bildirib ki, Türkiyə 35 ildir ki, terrorçuluqla mübarizə aparır, amma Avropa ölkələri bunun öhtəsindən gələ bilmir, bunu Paris və Bürüssel hadisələrində gördük.

Erdogan deyib ki, Türkiyə 2011-ci ildən bu yana 3500 adamı ölkədən deportasiya edib, 1507 şübhəlini isə həbs edib.

Onun sözlərinə görə, 22 Avropa Birliyi ölkəsi də daxil olmaqla onlar 97 ölkə vətəndaşları olub.

Erdogan sonda deyib ki, Türkiyə ilə Avropa Birliyi vizasız rejimlə bağlı müqavilə imzalayıb, amma onlar sonradan terrorçuluqla mübarizə qanunu da daxil olmaqla 72 kriteriya ortaya atıblar.

O bildirib ki, yaxın günlərdə ya biz Avropa Birliyi ilə münasibətlərimizi yaxşılaşdıracaq, yada ki, dönüb öz yolumuzla gedəcəyik.

Qeyd edək ki, Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG