Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03

-

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərq Tərəfdaşlığı ölkələrində sahibkarlıq sahəsində hökumət siyasəti ilə bağlı hesabat və xüsusi indeksi (SME polisy index) açıqlayıb.

Bu il Azərbaycan SME polisy index-in iki əsas parametri üzrə sonuncu yeri tutub.

OECD ekspertləri hesab edir ki, hökumət rəqabətsiz və qapalı dövlət satınalmalarına yox, açıq tenderlərə üstünlük verməlidir. Bu satınalmalar kiçik və orta sahibkarlara bərabər imkanlar təmin etməlidir. Bu parameter üzrə Gürcüstan 4,06 balla 1-ci, Azərbaycan 2,42 balla sonuncu - 6-cı yerdədir.

Maliyyə resurslarına əlçatanlığıa görə, yenə Gürcüstan 3.76 balla birinci, Azərbaycan sonuncu yerdə qərarlaşıb.

Ekspertlərdən Rövşən Ağayevin fikrincə, iqtisadi inkişafın dayanıqlılığı və böhrana davamlılığı ölkələrdə kiçik və orta sahibkarlığın inkişaf səviyyəsindən asılıdır.

“Kiçik və orta sahibkarlığın zəif olduğu ölkələrin böhrana “immuniteti” çox zəif olur. İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də, məşğulluqda payı 50 faizdən az deyil. Hətta bəzi ölkələrdə 70-80 faiz intervalında dəyişir ”- ekspert deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda kiçik sahibkarlığın ÜDM-də payı cəmi 3 faizdir. “Orta sahibkarlığın statistikası (bəlkə, orta sahibkarlıq olmadığına görə-RA) ümumiyyətlə yoxdur”, deyə R.Ağayev bildirir.

Şərq Tərəfdaşlığı Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir.
Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Şərq Tərəfdaşlığı proqramını 2008-ci ilin may ayında Avropa Birliyinin üzvləri- Polşa və İsveç irəli sürüb.

Proqramının əsası 2009-cu ildə Praqada qoyulub. O, Avropa Birliyi ilə sözü gedən altı tərəfdaş ölkənin münasibətlərin gücləndirilməsinə xidmət edir.

Azərbaycan rəsmiləri isə son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Müxalifət hakimiyyətin bu mövqeyini siyasi və iqtisadi islahatlardan qaçmaq kimi yozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG