Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:08

İki ədəbiyyat mükafatı verilib


-

Dünən iki ədəbiyyat mükafatı verilib.

Yazıçılar Birliyinin Natavan klubunda “Ədəbiyyat qəzeti”nin“Əli bəy Hüseynzadə mükafatı” təqdim olunub. İl ərzində qəzetdə dərc olunan müəlliflərdən bəzilərinə o mükafat verilib.

"Rüstəm Kamal, İlqar Fəhmi, Günel Eyvazlı, Kənan Hacı, Əyyub Qiyas qəzetdə dərc olunan esselərinə və prozaik əsərlərə, tənqidçilər İradə Musayeva, Elnarə Akimova, Mətanət Vahid qəzetdəki ədəbi-tənqidi yazılarına görə və qəzetin əməkdaşı Sərvaz Hüseynoğlu qəzetin dizaynına və hazırlanmasındakı xidmətinə görə “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüblər."

Dünən həm də Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan, Heydər Əliyevin doğum gününə həsr olunmuş “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak ediblər. APA-nın məlumatına görə, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdulla müsabiqənin təşkil olunmasının əhəmiyyətindən danışıb, qeyd edib ki, müsabiqənin keçirilməsində müxtəlif qurumlar dəstək verib.

Yaradıcılıq Fondu Quran motivləri əsasında yazılmış hekayələrdən ibarət kitab nəşr edib və kitabda 50-dən çox hekayə toplanıb.

Müsabiqənin qalibləri elan olunub. Birinci yerə Mirmehdi Ağaoğlunun, ikinci yerə Elçin Aslangilin, üçüncü yerə isə Günel Eyvazlının hekayəsi layiq görülüb.

XS
SM
MD
LG