Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:09

-

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andrie bəyanat veriblər. Bəyanatda ölkə rəhbərlərinin görüşməsinin vacibliyi vurğulanır.

“Baş verən son zorakılıqla əlaqədar təmas xəttində gərginliyin azaldılması zərurətindən çıxış edərək güman edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı yetişib ” - deyə bəyanatda qeyd olunur.

Həmsədrlər bildiriblər ki, xarici işlər nazirləri gələn həftə Vyanada bu görüşü təşkil etməyə hazırdır:

“Onların əsas məqsədi atəşkəs rejiminin möhkəmləndirilməsi, baza elementləri və prinsipləri əsasında danışıqların yenilənməsindən ötrü münbit şərait yaradacaq etimad tədbirlərinə nail olmaqdır. Zorakılıq davam etdiyi müddətdə uğur əldə edilə bilməz və danışıqlar prosesi olmadan sülhə nail olmaq mümkün deyil ”.

Həmsədrlər bir daha təkrarlayır ki, münaqişənin hərbi yolla həlli mümkün deyil.

Qarabağ danışıqları ATƏT-in Minsk Qrupun vasitəsilə aparılır. Bu qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir. İqor Popov Rusiyanı, Ceyms Uorlik ABŞ-ı, Pyer Andrie isə Fransanı təmsil edir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. Ancaq sülh razılaşması əldə edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG