Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

►İdman naziri Bakı sakinlərini Formula 1-dən qazanmağa dəvət edir

Bakı sakinləri “Formula 1” yarışlarından qazana bilərlər.

Gənclər və idman naziri Azad Rəhimov mayın 12-də paytaxt sakinlərini öz mənzillərinin eyvanlarını əcnəbi turistlərə icarəyə verməyə çağırıb:

““Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərin sakinləri öz eyvanlarını yarışmaya tamaşa etmək istəyənlərə icarəyə verə bilərlər”

Nazir özünün də, belə təcrübəsinin olduğunu ifadə edib.

“Bununla bağlı heç bir məhdudiyyət yoxdur və qanunda buna hər hansı qadağa qoyulmur. Şəxsən mən özüm Monakoda "Formula 1" Avropa Qran-prisini eyvandan izləmişəm" - deyən nazir sonra da vurğulayıb ki, şəhər sakinləri icarə ilə əlavə maliyyə vəsaiti qazana bilərlər.

Bakıda “Formula-1” yürüşləri bu il iyunun 17-19-da keçiriləcək. Bu yarışlar 2021-ci ilə kimi hər il Bakıda olmalıdır. Əks halda Azərbaycan cərimələrlə üzləşə bilər.

Bəzi ekspertlər, özəlliklə müxalifət bu yarışlara böyük pulların xərclənməsini dəstəkləmirlər. Onlar həmin pulların ölkədə yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial problemlərinə sərf edilməsinə yönəldilməsini daha doğru hesab edirlər.

Hökumət ümumilikdə “Formula-1”-ə və onun hazırlıq işlərinə nə qədər vəsait xərclədiyini açıqlamır.

Bəzi mətbuat orqanlarında Azərbaycanın bu yarışlara 150 milyon dollar xərcləməsi ilə bağlı yazılar dərc edilmişdi. Ancaq Azad Rəhimov bu yazıları təkzib etmişdi.

“ Tam əminliklə deyirəm ki, 6 kilometrlik yollar 12 milyona başa gəlir. Pitstop binasının qiyməti təxminən 30 milyona yaxındır. İş gedir və yarışlara xərclənən büdcə elan olunacaq, gizli heç nə qalmayacaq. Büdcə 150 milyon dollar ola bilməz, rəqəm bundan çox aşağıdır ”-deyə nazir qeyd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG