Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06

►Prezident ölkə iqtisadiyyatının böhrandan çıxdığını deyir...

...Rəqəmlərsə bunun əksini

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi böhrandan çıxdığını söyləyib:

"Davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərsə də, hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır".

Prezident İlham Əliyev mayın 9-da - faşist Almaniyası üzərində qələbənin növbəti ildönümündəki çıxışında belə deyib.

Dövlət başçısı ölkədə maliyyə durumunun sabit olduğunu, iqtisadi inkişafın davam etdiyini bildirib:

"Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq”.

Prezident elə, rəqəmlərsə belə deyir

Prezident elə deyir, ancaq rəsmi statistika iqtisadiyyatın, hələ ki, daraldığını göstərir. İlin 1-ci rübünün yekunları bunu deməyə əsas verir. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın gerilədiyi göz önündədir:

* Sənaye məhsulu istehsalı - 0,6 faiz azalıb;

* Ümumi Daxili Məhsul (ÜDM) istehsalı - 3,5 faiz az azalıb;

* Xarici ticarət – 37.98% azalıb ( idxal – 24.90 faiz, ixracsa 47.38 faiz azalıb).

Problemli kredit həcminin artması və əksinə, kreditləşmə və əhalinin bank əmanətlərinin azalması da gözdən qaçmamalıdır. Bütün bu göstəricilər, əslində, iqtisadi böhranın təkcə davam etdiyini deyil, həm də dərinləşdiyini göstərir.

Nazim Məmmədov

Nazim Məmmədov

“Bu fikirilər köməkçilərin məruzələri nəticəsində səsləndirilir”

İqtisadçı ekspert Nazim Məmmədov deyir ki, bütün hallarda prezident nikbin danışmalıdır:

“Cənab prezident daha informasiyalı adamdır və təqdim olunan rəqəmlərə əsasən fikrini bildirir. Bu fikirlər köməkçilərin, müşavirlərin, nazirlərin məruzələri nəticəsində səsləndirilir. Ümumiyyətlə, istənilən ölkənin rəhbəri xarici investisiyaların cəlbediciliyini saxlamaq, həm də daxildə inamı artırmaq üçün optimist danışmalıdır ki, iqtisadiyyatda güvən olsun. Bu, təkcə bizim ölkə ilə bağlı hal deyil”.

“Baxır, böhran deyəndə, kim nəyi nəzərdə tutur”

Ekspert Zöhrab İsmayılın fkrincə, son ayların bəzi müsbət dəyişiklərini böhrandan çıxmaq kimi qiymətləndirmək olmaz:

“Baxır, böhran deyəndə, kim nəyi nəzərdə tutur. Sözsüz, 5 aydır ki, manatın məzənnəsi sabit qalır və son iki ayda Mərkəzi Bank (MB) valyuta ehtiyatlarını 100 milyon dollar artıra bilib. Bunda, neftin qiymətinin bir qədər bahalaşması ilə yanaşı, MB-nin tədbirləri də rol oynayıb. Amma ÜDM-in azalma tendensiyası qalıb. Bir çox bankın maliyyə sıxıntıları, real sektordakı sıxıntılar, başqa sözlə, böhran da davam edir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG