Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

►“Dağıstan bizə dərin tarixi tellərlə bağlı, qardaşlarımızın yaşadığı doğma diyar olub və olacaq”.

Prezident İlham Əliyev mayın 12-də Rusiyanın Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovla görüşündə belə deyib.

AZƏRTAC-ın xəbərinə görə ölkə başçısı bildirib ki, Dağıstanla əlaqələr ümumilikdə Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafında önəmli rol oynayır.

Görüşdə əməkdaşlığın müxtəlif sahələrdəki perspektivləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Mayın 12-i və 13-də Azərbaycanda ilk dəfə Dağıstan Mədəniyyət günləri keçiriləcək.

Bu gün Heydər Əliyev Sarayında Mədəniyyət günlərinin açılış mərasimi olmalıdır

Dağıstan günləri çərçivəsində Ramazan Abdulatipovun Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və işgüzar dairələrin nümayəndələri ilə görüşləri də planlaşdırılıb.

Mayın 13-də Dağıstan Mədəniyyət günləri Xaçmaz və Qusarda davam etməlidir.

XS
SM
MD
LG