Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:45

►Azad Rəhimov deyib ki, hər hansı yeni idman qurğularının tikintisi planlaşdırılmır

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün yeni idman qurğusu tikilməyəcək. Bunu Gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir jurnalistlərə bildirib ki, ölkədə belə yarışları təşkil etməyə yetərli infrastruktur onsuz da mövcuddur.

“Bakıda bu oyunların keçirilməsi üçün kifayət qədər idman qurğularımız var. Şüvəlandakı Ağır Atletika zalı, “Dalğa Arena”, “Bakcell Arena”, Bakı Tennis Akademiyası, “Sərhədçi” Olimpiya İdman Mərkəzimiz var. Bunlardan da istifadə olunacaq”.

Nazir Avropa Oyunlarında olduğu kimi, islam oyunlarında da könüllülərin yardımından geniş istifadə olunacağını deyib. Onun fikrincə, islam oyunlarına 8000-ə qədər könüllü cəlb ediləcək.

Nazir həmçinin, islam oyunlarına 5000-dən çox idmançının qatılacağını bildirib. Həmin idmançılar 20 idman növündə yarışacaqlar.

IV İslam Həmrəyliyi Oyunlarının 2017-c il mayın 12-dən 22- nə kimi Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Ötən il Azərbaycanda I Avropa Oyunları keçirilib. Azərbaycan gələn ay isə «Formula-1» yarışlarına ev sahibliyi edəcək.

Ölkə mətbuatında dərc edilən araşdırmalara görə, I Avropa Oyunlarına hazırlıqla əlaqədar ən müxtəlif işlərin görülməsinə Azərbaycan hökumətinin ümumilikdə 5 milyard manata yaxın xərci çıxmışdı. Ancaq hökumət rəsmiləri konkert bir rəqəm açıqlamasalar da həmin rəqəmin həddən çox şişirdildiyini bəyan edirdilər.

Hakimiyyətin opponentləri hesab edirlər ki, Azərbaycanda dövlətin sosial qayğısına ehtiyac hiss edən xeyli insanlar var. Dövlət büdcəsi belə idman yarışlarının təşkilindən öncə əhalinin ehtiyaclarına sərf edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG