Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

Bağdaddakı polis məntəqəsində törədilən iki partlayışda azı 2 polis ölüb.

Partlayış şəhərin ətrafındakı Abu-Qreyb qəsəbəsində törədilib.

Polisin məlumatına görə intiharçı əvvəlcə özünü məntəqənin girəcəyində partladıb, bundan sonra isə ikinci partlayış baş verib.

12 polisin həmçinin yaralandığı bildirilir.

Bundan bir gün əvvəl şəhərin şiələr yaşayan məhəlləsində törədilən partlayışda isə 63 nəfər ölüb, 80 adamsa yaralanıb.

Elə həmin gün, günortadan sonra polis məntəqəsində törədilən partlayışlarda isə azı 30 nəfər ölüb.

Bu hücumlara görə də cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Hazırda ölkənin bir sıra bölgələri bu qurupun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG