Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:05

Ukrtayna sərhədçiləri Dnestryanı regionla sərhəddə intibah dövrünə aid 17 rəsm əsəri aşkar ediblər.

Rubens və Tintorettonun güllü dəsmal və plastik paketlərə bükülmüş əsərləri meşəlikdə gizlədilibmiş.

Bu əsərlər ötən il İtalinın Verona şəhərindəki Kastelvekko muzeyindən oğurlanıb.

İtaliya polisi bu qarətdə əli olmaqda şübhəli bilinən 10 Moldova vətəndaşını həbs edib.

Ukrayna sərhədçilərinin məlumatına görə onlar bu əsərləri məhz Moldovaya keçirmək istəyirmişlər.

Bədii ekspertiza əsərlərin orijinal olduğunu təsdiqləyib.

Onların ümumi dəyəri 16 milyon avrodur.

Ukrayna prezidenti Petro Poroshenko əsərlərin İtaliyaya qaytarılmasını göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG