Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:21

-

"Kitaba necə rəy yazdırmalı: yalvarmadan, rüşvət vermədən, müxtəlif manevrlərə baş vurmadan"

Məlum olduğu kimi, yeni çap olunmuş bir kitab haqqında yazılan rəy yazıları o kitabın satışına yaxşı təsir göstərir. Azərbaycanda da belədir, xarici ölkələrdə də. Hərçənd, oxucunu bir kitabı almağa vadar edən bir sıra başqa faktorlar da var, amma məsələn, Cornell Universitetinin araşdırmaçıları Shay David və Dr. Trevor Pinch "Reputasiyanın altı dərəcəsi" (2006) adlı araşdırmalarında yazırlar ki, kitablara yazılan çap və onlayn rəylər kitabın daha yaxşı satılmasına səbəb olur.

Azərbaycanda

Azərbaycanda yeni çıxmış kitaba rəy yazdırmaq üçün o kitabı ortaq tanışlar vasitəsilə və ya tet-a-tet müəyyən tənqidçilərə çatdırırlar, tənqidçi kitaba maddi mənafe xatirinə müsbət rəy yazır.

Legitim rüşvət?

Qərbdə bu məsələ legitimləşib. Kitab sənayesinin bir qolu da Kitab rəyçiləridir. Çap olunan milyonlarla kitabın daha yaxşı satılmasına nail olmaq üçün hər bir ciddi nəşriyyatın ətrafında öz ştatlı Kitab rəyçiləri olur.

Bəs bizim yazıçılar kimi, kitabını xaricdə ciddi nəşriyyatda yox, pulla çap etdirmisənsə, onda necə?

"Kitaba necə rəy yazdırmalı: yalvarmadan, rüşvət vermədən, müxtəlif manevrlərə baş vurmadan" adlı kitabında Kimberley Grabas yazır:

Tutalım, kitabını pulla çap etdirmisən. Əminsən ki, kitabın dünyada ən ağıllı kitabdır, bəs üst düzən hörmətli cənab rəyyazanlar o kitabı oxumadan ona necə rəy yazsınlar; onları kitabı oxumağa vadar edən heç bir rəy yazılmayıbsa, onlar bu kitab haqqında haradan xəbər tutub onu oxuyacaqlar?

Bu problemin öhdəsindən gəlmək üçün xaricdə "self-published" müəlliflər leqal şəkildə pulla rəy yazmaq xidməti göstərən hörmətli adamlara, həmçinin rəy yazan kitab bloggerlərinə kitab göndərirlər. Onlara eynilə nəşriyyata ödədikləri qaydada pul köçürüb rəy yazdırırlar.

Yuxarıda adıçəkilən kitab yazır ki, bu münasibətlərdə ən çox işlənən cümlə bu olur: "Fikrinizi yazın. Neqativdirsə, neqativ rəy yazın, pozitivdirsə, pozitiv." Və rəy adətən ya neytral olur, ya da pozitiv.

Bu, orada bir legitim üsul sayılır.

İllüstrasiya

İllüstrasiya

Ancaq bir məsələ var ki, Tərif sənin Ego-nu və motivasiyanı qaldırsa da, kitabının satışına yaxşı təsir etsə də, Tənqid sənin yazıçı kimi böyüməyinə səbəb ola bilər.

Elə isə pulla rəy yazdırmaq lazımdırmı?

Kitab yazır ki, indiki dövrdə "Self-publishing" inqilabı sayəsində bir çox divarlar yıxılıb, müəlliflərin əvvəlkindən daha çox imkanları var.

"Amma böyük imkanlar həm də böyük məsuliyyət deməkdir". Bayaqdan nəşriyyatın əlində olan qərarları indi yazıçı verməlidir.

Doğrudur, ciddi nəşriyyatların da öz ştatlı rəyyazanlarına yazdırdığı pozitiv rəylər pulsuz yazılmır, onların tərəfsiz, obyektiv yazıldığını düşünmək sadəlövhlük olardı. Necə deyərlər, heç hansısa kitabın arxa qapağında pis rəyə rast gəlmisinizmi?

Amma indiki halda müəllif özü birbaşa rəyyazana pul verir. Bu zaman nəşriyyat yox, müəllif özü həmin rəyin oxucuları aldatmaq baxımından mənəvi, etik sərhədlərini düşünməlidir...

Pulla rəy yazdırmamaq üçün nə etmək lazımdır? Bəs kitabı necə tanıtmalı, necə satmalı?

Kitab rəyləri kitab marketinqi pazlının yalnız bir hissəsidir. Bir kitabın marketinqi və sənin yazıçı kimi düzgün karyera qurmağın üçün başqa cəhətləri də nəzərə almalısan.

Kitabının yaxşı satılması və öz-özünü pulla yox, alnıaçıq yüksəltməsi üçün bunları nəzərə almaq lazımdır:

Kitab çap olunmazdan, hətta yazılmazdan əvvəl ədəbi çevrədə əlaqələr qurmalı və gedən ədəbi müzakirələri izləməlisən. Bunu kitabın çıxandan sonraya saxlamamalısan. Bu müzakirələr və tanışlıqlar sənin kitabının yazılma zamanı keyfiyyətinə də təsir göstərəcək.

Geniş zamanda düşünməlisən. Kitabının ciddi (onlar buna "ənənəvi" deyirlər) nəşriyyatlarda, ya yoxsa pulla çap olunmasına baxmayaraq, sənin peşəkarlığın oxucunun yadında qalacaq.

OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG