Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:05

-

Hər il dünya üzrə verilən rüşvətin məbləği 1.5-2 trilyon dollar arasında dəyişir ki, bu da qlobal iqtisadiyyatın 2 faizi qədərdir. Məlumatı mayın 11-də Beynəlxalq Valyuta Fondunun rəhbəri açıqlayıb.

Christine Lagarde Londonda antikorrupsiya sammitindən bir gün öncə yayılmış məktubunda qeyd edir ki, korrupsiya iqtisadiyyata ziyanlı təsir göstərir, nəticədə təhsilə, səhiyyəyə, yoxsullara gərəkən digər xidmətlərə daha az vəsait xərclənir.

BVF rəhbərinin fikrincə, korrupsiyanın məbləği və qlobal iqtisadiyyata təsiri bir yana qalsın, bunun dolayısı ilə təsiri daha böyük ola bilər ki, bu da artımın azalması, gəlirlərdə daha böyük bərabərsizliklə nəticələnər.

Günün bütün mövzuları

XS
SM
MD
LG