Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

-
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 11-də Tərtər, Füzuli, Ağcabədi və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursat (PHS) haqqında hesabat təqdim edib.

Agentlikdən AZƏRTAC-A bildirilib ki, mayın 11-də 18 partlayış yerinə baxış keçirilib. 122 millimetrlik ağ fosfor mərmisi zərərsizləşdirilib. Gün ərzində 40 min 978 kvadratmetr ərazi təmizlənib.

Agentlik qeyd edir ki, mayın 10-da Tərtər rayonunun Əskipara kəndi ərazisində yerləşən əkin sahəsində aşkarlanan 1 ağ fosfor tərkibli 122 millimetrlik top mərmisini (P-4) zərərsizləşdirmə əməliyyatı mayın 11-də həyata keçirilib. Bu zaman müdafiə və xarici İşlər nazirlikləri, xarici səfirliklərin Azərbaycandakı nümayəndələri, hərbi attaşelər də hadisə yerində olublar.

Həmin mərminin qadağan olunmuş sursat olduğu bildirilir. Müdafiə Nazirliyinin kimya xidmətinin zabiti Müstəcab Niyarov həmin mərmini belə tanıdıb:

«Partlamamış mərmi beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilən hərbi sursat növünə aiddir. Daxilində 3.6 kiloqram P-4 kimyəvi tərkibli olan D-4 tipli 122 millimetrlik top mərmisidir. Bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnir və zəhərli ağ tüstü buludu yaradır. Həmin tüstü buludu bütün canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyidir. Küləyin sürəti və istiqamətindən asılı olaraq, bu radius daha da arta bilər».

Agentlik bildirir ki, aprelin 7–dən mayın 11-dək 1419 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG