Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

-

Mayın 11-də Bağdadda törədilmiş intiharçı hücumlarında azı 93 nəfər həlak olub.

Gün ərzində 3 bomba qoyulmuş maşın partladılıb. Birinci partlayış şiə rayonu sayılan Sadr City-də, səhər saatlarında baş verib, azı 63 nəfər ölüb, 80-dən çox adam yaralanıb.

Günorta daha iki maşın polis məntəqələrini hədəfə alıb, azı 30 nəfər həlak olub.

Hər üç partlayışa görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması götürüb. Bu sünni ekstremist qruplaşması İraqın şimalında və qərbində böyük ərazilər ələ keçirib. Ölkənin şiə çoxluğuna tez-tez hücumlar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG