Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:07

“Normandiya dördlüyü” razılaşmadı


Sergei Lavrov, Pavlo Klimkin, Jean-Marc Ayrault və Frank-Walter Steinmeier

Sergei Lavrov, Pavlo Klimkin, Jean-Marc Ayrault və Frank-Walter Steinmeier

“Normandiya dördlüyü” ölkələrinin xarici işlər nazirləri mayın 11-də Berlin görüşündə Ukraynanın separatçı Donbas regionunda seçkilərlə bağlı bir araya gələ bilməyiblər.

Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin məlumat verib.

Onun sözlərinə görə, Rusiya seçki qanunvericiliyi ilə bağlı öz variantını təklif edib.

Amma Ukrayna tərəfi bildirib ki, bunu Kiyevin özü müəyyən edə bilər və onlara heç bir məsləhət lazım deyil.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə bildirib ki, bir sıra şərtlər yerinə yetirilməyincə Donbasda seçki mümkün deyil.

“Normandiya dördlüyü”nə Ukrayna, Rusiya, Fransa və Almaniya daxildir.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində gedən hərbi əməliyyatlarda 9 mindən çox adam ölüb.

Kiyev Moskvanı rusiyapərəst separatçıların tərəfini saxlamaqda günahlandırır. Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG