Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:00

Separatçı Dağlıq Qarabağ rejiminin lideri Bako Saakyan mayın 11-də keçmiş Ermənistan prezidenti Robert Koçarianla görüşüb.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə aprelin 2-5-i arası Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlər və mövcud durum müzakirə olunub.

Qeyd edək ki, həmin döyüşlərdə hər iki tərəf onlarla itki verib.

Aprelin 5-də Moskvanın vasitəçiliyi ilə atəşkəs bərpa olunsa da tərəflər demək olar ki, hər gün bir-birini atəşkəsi rejimini pozmaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG