Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:00

Mayın 11-də Bağdadda törədilən partlayış nəticəsində 50-dən çox adam ölüb, azı 80-ə yaxın adamsa xəsarət alıb.

Şəhərin əsasən şiələr yaşayan kur məhəlləsində saxlanmış maşına bomba qoyulubmuş.

Hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Ölənlərin çoxu qadınlardır, yaralıların çoxu isə ağır vəziyyətdədir, ölü sayının artacağı istisna olunmur.

Xatırladaq ki, fevralın sonunda şiələrin yaşadığı Mədinət əs Sədr şəhərində törədilən partlayışda isə 70 nəfər ölüb.

Hazırda İraqın şimal və qərbindəki bir sıra ərazilər “İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG