Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

Tailandlı tələbələrin yeni "Şparqalka" icadı


Tailandlı abiturientlər qəbul imtahanlarında köçürmək üçün yeni üsul icad ediblər, “ağıllı saat” və “kameralı eynək”.

5 abiturient ölkədə ən nüfuzlu universitetlərdən birinin tibb fakultəsinə daxil olmaq üçün bu cür saat və eynəklərdən istifadə etməyə cəhd göstəriblər.

Abiturientlər tapşırıqları çəkərək onları hazırlaşdıran müəllimlərinə göndəriblər. Amma çox sadə bir şeydə ilişiblər. Eynəklərin ölçüsü onlara düz gəlməyib və bu nəzarətçi müəllimlərin diqqətini çəkib.

Bundan başqa fırıldaqçıların 3 saatlıq imtahanı 45 dəqiqəyə yazması da şübə doğurub: “ Müəllimlər bütün suallara cavab verərək onları abutruentlərdəki ağıllı saatlara göndəriblər” , “Ranqsit” universitetinin direktor müavini deyir.

Buna görə fırıldaqçıları təxminən 170 dollar məbləğində cərimə edib və onları qara siyahıya salıblar. Bundan başqa onların “Ranqsit” universitetinə yollları ömürlük bağlanıb.

XS
SM
MD
LG