Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

-

Lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 milyon 218 min manat vergi borcu var. Bu haqda APA-ya Vergilər Nazirliyindən bildiriblər.

Nazirliyin bilgisinə görə, 2015-ci ilin avqustunda müflis elan edilən “Evrobank”ın dövlət büdcəsinə vergi borcu 13 min manat həcmindədir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv olunan “United Credit Bank”sa 25 min manat borcludur.

Bağlanan banklar arasında ən böyük vergi borcu olan “Texnikabank”-dır. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilmiş bu bankın 1 milyon 179 min vergi borcu hələ də qalıb.

Fəaliyyəti dayandırılan “Atrabank”, “Azərbaycan Kredit Bankı”, “Gəncəbank”ın lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. “Bank of Azerbaijan” və “Qafqaz İnkişaf bankı” isə borclarını ödəyiblər.

Mərkəzi Bank təkcə bu il 7 bankın lisenziyasını ləğv edib. Bunlar "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank"-dır.

Ancaq sonradan "NBCBank"-ın lisenziyası qaytarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG