Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:48

Yeni London meri Sadiq Xan Donald Trumpun ABŞ-a dəvətini rədd edib.

Bundan əvvəl bütün müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edən Trump Sadiq Xanı istisna etməyə hazır olduğunu bildirib.

Amma müsəlman və əslən pakistanlı olan London meri bunu rədd edib: “Donald Trumpa demək istəyirəm ki, mənə görə heç bir istisna lazım deyil. Bundansa islama münasibətinə yenidən baxsın”, London meri deyir.

Sadiq xanın fransalı həmkarı, Paris meri Ann İdalqo da bazar ertəsi Londona səfəri zamanı Trumpun kəskin tənqid edib: “Cənab Trump sadəcə axmaq, kütdür. Müsəlmanlar, katoliklər, ateistlər-məsələn bax mən ateistəm, hamımız yanaşı yaşayır, öz işimizlə məşğuluq. Cənab Trump isə kütdür, Allah göstərməsin”.

Sadiq xan bundan əvvəl Taym jurnalına müsahibəsində ABŞ-a getmək və təcrübə almaq üçün Nyu-York və Çikaqo merləri ilə görüşmək istədiyini bildirib, amma qeyd edib ki, əgər seçkilərdə Trump qalib gəlsə nəqədər ki, ABŞ-a giriş qadağan edilməyib, tələsməli olacaq.

Qeyd edək ki, Donald Trup Respublikaçılar partiyasından ABŞ prezidentliyinə əsas namizəd hesab olunur.

Seçki bu ilin noyabrında keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG