Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:38

Təmas xəttində monitorinq


ATƏT
ATƏT

-

Mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilir.

Məlumatda deyilir ki, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçirilib.

Nazirliyin bir gün əvvəl yaydığı məlumatda isə qeyd edilirdi ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Bächler, səhra köməkçiləri Khristo Khristov və Simon Tiller keçirəcəklər.

Ermənistan tərəfdən isə monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk, onun səhra köməkçisi Peter Svedberg və bu qurumun nümayəndəsi Thomas Lenk iştirak edəcək.

Bu il aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Müdafiə Nazirliyinin bu gün səhər yaydığı məlumatda da atəşkəsin pozulduğu bildirilirdi.

XS
SM
MD
LG