Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:56

Köçkünlərin sayı 40 milyona çatıb


Çində daşqınların törətdiyi dağıntı

Çində daşqınların törətdiyi dağıntı

-

Ötən il öz ölkələrində müharibələr üzündən didərgin düşənlərin sayı 40 milyon 800 min nəfərə çatıb. Mayın 10-da açıqlanmış hesabatda belə deyilir.

“Bu, indiyədək qeydə alınmış ən böyük rəqəmdir və dünyada qaçqınların sayından iki dəfə çoxdur”, Norveç Qaçqın Şurasının rəhbəri Jan Egeland deyir. Şura hesabatı Cenevrədə mənzillənən Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi ilə birlikdə hazırlayıb.

Ötən il 8.6 milyon yeni köçkün yaranıb. Yaxın Şərq və Şimali Afrikadan 4.8 milyon buraya daxildir.

Hesabatda deyilir ki, 2010-cu il ərəb baharından bəri, eləcə də İslam Dövləti (İŞİD) silahlı qruplaşması yüksələndən köçkünlük də çoxalıb.

Ötən il 19.2 milyon nəfər təbii fəlakətlər nəticəsində köçkünə çevrilib. Hindistan, Çin və Nepalda bu səbəbdən uyğun olaraq, 3.7, 3.6 və 2.6 milyon nəfər köçkün yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG