Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:49

Hərbi attaşelər cəbhə bölgəsində


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

Bu gün xarici işlər və müdafiə nazirlikləri Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfərini təşkil edib.

Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev deyib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələrinin fosfor təyinatlı silahdan istifadə etməsini aşkarlayıb:

«Bu da beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır. Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunur. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar».

Hikmət Hacıyev AzadlıqRadiosuna deyib ki, səfərdə ümumilikdə 20 hərbi attaşe iştirak edir. Bundan əlavə, ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi də cəbhə bölgəsinə yollanıb.

Bundan əvvəl nazirlik xarici jurnalistlərin və diplomatların da cəbhə bölgəsinə səfərlərini təşkil etmişdi.

XS
SM
MD
LG