Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:49

Evləri su, palçıq basıb


Foto arxiv.
Foto arxiv.

-

Ötən gecədən başlayaraq aramsız yağışlar Mingəçevir şəhərində fərdi yaşayış evlərinə sel sularının dolması ilə nəticələnib.

«Report»un xəbərinə görə, Yevlax Suvarma Sistemləri İdarəsinə məxsus kanalın daşması ilə Mingəçevirin «Günəşli» bağlar massivindəki həyətyanı evlər palçıq-lil içərisində qalıb.

Sel nəticəsində sakinlərin evləri, həyətyanı sahələri, tərəvəz bağları yararsız vəziyyətə düşüb. Evlərin içərisini, zirzəmisini palçıqlı su basıb. Yaranmış palçıq topasını sakinlər gecə saatlarından təmizləməyə başlayıblar. Kanalizasiya xətləri palçıqla dolub.

XS
SM
MD
LG