Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46

-

Almaniya Ukraynanın şərqində yerli seçkilərin keçirilməsinə dair razılaşmanın icrasına çalışacaq. Seçkilərin iyulun sonunadək, Avropa Birliyinin Rusiyaya sanksiyaları bitməmişdən keçirilməsi nəzərdə tutulurdu.

Rusiya, Almaniya, Ukrayna və Fransa xarici işlər nazirləri mayın 11-də Berlin görüşündə bu planı müzakirə edəcəklər.

Almaniyanın Xarici işlər naziri Frank-Walter Steinmeier mayın 10-da deyib ki, təhlükəsizlik sahəsində irəliləyişin olacağına, ölkənin şərqində separatçılarla hökumət qüvvələri arasında münaqişənin yenidən qızışmaması üçün bu seçkilərin keçiriləcəyinə ümid edir.


Onun sözlərinə görə, ötən il Minskdə əldə olunmuş atəşkəs sazişini icrası, seçkilər kimi siyasi məsələlərin həllilə bağlı “tısbağa yerişi ilə irəliləyir”.

Nazir deyib ki, bu, belə davam edə bilməz, tərəflər sazişi icra etməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG