Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:02

Cəbhədə silahlar susmur


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 142 dəfə pozublar.

Bu zaman iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarındakı mövqelərindən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex kəndindən Tovuz rayonunun Ağdam kəndi, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında Azərbaycan ordusunun mövqeləri də atəşə məruz qalıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə cavab verib.

XS
SM
MD
LG