Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57

Əfqanıstanda azı 10 nəfər öldürülüb


Nangarharda növbəti hücumdan sonra, arxiv fotosu

Nangarharda növbəti hücumdan sonra, arxiv fotosu

-

Əfqanıstanın şərqində Nangarhar vilayətində bomba qoyulmuş maşın partladılıb, azı 10 nəfər ölüb, 23 nəfər yaralanıb.

Hadisə mayın 10-da Pakistanla sərhəddə yerləşən Nazyan bölgəsində baş verib.

Yerli polis rəisi hücumu tayfa başçısını hədəflədiyini bildirib. Başçı Malek Dehqan yaralanıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Son aylar Nangarharda yaraqlılarla hökumət qüvvələri arasında döyüşlər davam edir.

Taliban silahlıları bu ərazidə xeyli fəallaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG