Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:29

Orta məktəbi bitirməyənlərin imtahanı


İmtahan
İmtahan

-

Bu gündən orta məktəbləri bitirə bilməyənlərin imtahanları başlayır.

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub, oranı bitirə bilməyən şagirdlərin 11, 12, 13 mayda eksternat (sərbəst-AR) qaydasında imtahanları keçiriləcək.

«Report»un məlumatına görə, eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

Eksternat qaydasında imtahan vermək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 533 nəfər müraciət edib.

İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər gün ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub. Hər imtahan günü üçün 2 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

XS
SM
MD
LG